Azərbaycan Rusiya və İsveçdən vaksin alacaq

Ölkəyə 300 min doza “Sputnik V”, 432 min doza “AztraZeneca” vaksini gətiriləcək

Source: Meydan TV


Ölkəyə 300 min doza “Sputnik V”, 432 min doza “AztraZeneca” vaksini gətiriləcək

Azərbaycan Rusiyadan 300 min doza “Sputnik V”, İsveçdən isə 432 min doza “AztraZeneca” vaksini alacaq.

Baş nazir Əli Əsədovun imzaladığı sərəncamda qeyd olunur ki, bu qərar koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə immunizasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə verilib.

Bildirilir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının “HUMAN VACCINE” MMC şirkəti arasında imzalanmış təchizat sazişinə əsasən 300 000 (üç yüz min) doza “Sputnik V” və agentliklə GAVİ ALLİANCE arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli Sazişə əsasən İsveç Krallığının “AztraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksininin Azərbaycana idxalı 180 (yüz səksən) gün müddətində həyata keçiriləcək.

Sərəncamdan irəli gələn məsələlərin həlli Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılıb.

Bildirilir ki, sərəncam “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının 2.1-ci bəndinə uyğun olaraq imzalanıb.

Ana səhifəXəbərlərAzərbaycan Rusiya və İsveçdən vaksin alacaq