Sergey Lavrov və Elmar Məmmədyarov

Mənbə: Foto: arxiv

Başlıq: Sergey Lavrov və Elmar Məmmədyarov

Azərbaycan Rusiya ilə intensiv danışıqlar aparır

Məqalə yeniləndi:  13 İyul 2020

Elmar Məmmədyarovun Sergey Lavrovla telefon danışığı olub

Azərbaycan Xarici İşlər Nazirliyinin iyulun 13-də yaydığı məlumatlar göstərir ki, rəsmi Bakı Rusiya ilə intensiv danışıqlar aparır.

Ermənistanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də başlayan və 13-də davam edən döyüşlər nəticəsində Azərbaycan hərbçilərindən dörd nəfər həlak olub, bir neçəsi yaralanıb. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistana adekvat hərbi cavab verilib, lakin qarşı tərəf itikilərini gizlədir.

Vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq xarici işlər naziri Elmar Məmmədyarov iyulun 13-də bir neçə telefon danışığı aparıb.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə danışıqlardan sonra, Elmar Məmmədyarov Minsq Qrupunun yalnız Rusiyadan olan həmsədri ilə danışıb. Minsk Qrupunun digər həmsədrləri ABŞ və Fransadır.

İqor Popovla danışıqlar zamanı Elmar Məmmədyarov Ermənistanın təxribatının münaqişəyə üçüncü ölkələrin cəlb edilməsi cəhdi olduğunu deyib.

Eyni sözləri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla da telefon danışığında deyib. O, həmçinin həmkarını sərhəddə hazırki vəziyyətlə bağlı məlumatlandırıb.

Sergey Lavrov bölgədə gərginliyin artmasının yolverilməz olduğunu və vəziyyətin nəzarət altına alınmasının vacibliyini qeyd edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  13 İyul 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0rk66a

Ən çox baxılan