İlham Əliyev bəzi ölkələrin vətəndaşları üçün sərhəd rejiminin sadələşdirilməsi haqda sərəncam imzalayıb
Turan-ın məlumatına görə, dövlət başçısı XİN, Gömrük Komitəsi, Sərhəd və Miqrasiya Xidmətinə tapşırıb ki, Rusiya, Türkiyə, İran və Gürcüstanla sərhəd-buraxılış məntəqələrində sürətli keçid məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər 3 ay ərzində hazırlasın.
Dövlət başçısı Turizm Şurasının yaradılmasına dair də sərəncam imzalayıb.
Sərəncamda İqtisadiyyat, Maliyyə, Mədəniyyət və Turizm nazirlikləri, Dövlət Mülki Aviasiya Administrasiyası və AZAL-a ölkəyə turistləri cəlb etmək məqsədilə əlverişli yeni beynəlxalq reyslərin təşkiliylə bağlı tədbirlər görmək həvalə olunub.