“Azərbaycan” qəzeti Obamanı “ikiüzlü” adlandırdı

Ərəstun Oruclu: “Azərbaycan hakimiyyəti 1 il yarımdan çoxdur münasibətləri məqsədli şəkildə korlamaqla məşğuldur”

Source:


Ərəstun Oruclu: “Azərbaycan hakimiyyəti 1 il yarımdan çoxdur münasibətləri məqsədli şəkildə korlamaqla məşğuldur”

“Azərbaycan” qəzetinin 13 yanvar tarixli sayının birinci səhifəsində “

Barak Obamanın ikiüzlülüyü

” məqaləsi dərc olunub. Redaksiya ABŞ-ın Corc Vaşinqton Universitetinin professoru Marta Finnemor və dosent Henri Farrelin “Foreyn Affairs” nəşrində dərc etdikləri “İkiüzlülüyün sonu.

Amerikanın xarici siyasəti sızınıtılar əsrində” başlıqlı məqaləyə istinad edərək yazır ki, ABŞ nəinki düşmən hesab etdiyi ölkələrin, hətta dost dövlətlərin rəhbərləri də daxil olmaqla yüksək vəzifəli şəxslərini izləyir, onların haqqında kompromat toplayır. Həmin məlumatlar təsdiq edirdi ki, ABŞ-ın xüsusi xidmət orqanları Avropa İttifaqının Brüsseldəki, Avropa Şurasının Vaşinqton və Nyu Yorkdakı, həmçinin onlarla ölkənin səfirliklərini dinləyir. Lazım gəldikdə, Dünya Bankının keçmiş rəhbəri və həmin dövrdə Fransa prezidentliyinə ən real namizədlərdən biri olmuş Dominik Ctross-Kannla bağlı olduğu kimi, istənilən şəxsə qarşı ssenari qurula və reallaşdırıla bilər. Bu isə dünya liderlərinin ABŞ-a və onun “səmimi” görünməyə çalışan prezidentinə qarşı etimadın və inamın itməsinə səbəb oldu. “Həm də digər dünya ölkələrinin maraqlarını qoruyacağını” vəd edən cənab Obama nəinki sözlərinin üstündə durmadı, hətta Amerikaya ənənəvi müttəfiq olan ölkələri də qan çanağına çevirdi. 2009-cu ilin aprelində Misirə səfəri zamanı ABŞ prezidenti iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi, Misirə dəstək, ABŞ-la İslam dünyası münasibətləri haqqında “yeni eranın başlanması” kimi bəyanatlarla yadda qalmışdı. Ancaq üstündən bir müddət keçmiş 30 illik prezidentliyi dövründəVaşinqtondan gələn bütün sifarişləri can-başla icra edən Hüsnü Mübarək devrildi, Misir vətəndaş qarşıdurması meydanına çevrildi, keçmiş ölkə rəhbərinin üzərində isə məhkəmə quruldu.

Redaksiya hesab edir ki, Obama Administrasiyası hətta M.Brayzanın Azərbaycana səfir təyin edilməsində belə aciz görünməyə çalışdı. Halbuki Snoudenin və “Wikileaks”ın ifşalarından sonra Konqresin Xarici Əlaqələr Komitəsinin haradan və necə təlimatlandırıldığı da mübahisəmövzuları sırasından çıxıb. Bütün bunlar azmış kimi, ABŞ-ın bəzi dairələri Azərbaycanda müxtəlif hakimiyyət dəyişikliyi ssenariləri həyata keçirməyə can atdılar. ABŞ mediası və QHT-ləri Azərbaycana qarşı “qara piar” kampaniyasını günü-gündən şiddətləndirir. Bu ikiüzlülük vəriyakarlığın səbəbini anlamaq mümkün deyildir. Belə halda görünən odur ki, Obama Administrasiyası ardıcıl ifşalardan, özünə qarşı dünyada inamın, etibarın əsaslı şəkildə sarsınmasından sonra ayrı-ayrı dövlətlərlə münasibətlərini necə davam etdirəcəyini hələ də müəyyənləşdirəbilməyib.

Məqaləni Meydan TV-yə şərh edən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu düşünmür ki, rəsmi dövlət qəzetinin “Barak Obamanın ikiüzlülüyü” məqaləsi Amerika mediasında Azərbaycan haqqında yazılanlara cavabdır: “Birincisi, ABŞ mediasında yazılanlar son 2 ayı əhatə edir, amma Azərbaycan mətbuatında Amerika,

onun siyasətçiləri haqqında çox təhqiramiz məqalələrin yazılması praktikası azı bir il yarımdır tətbiq olunur. Ona görə “Azərbaycan” qəzetinin redaksiya məqaləsini cavab adlandırmaq bir qədər qeyri-ciddi olardı. Bu, rəsmi Bakının yalnız mətbuata deyil, həm də QHT-lərə münasibəti fonunda qəzəbli və çox qeyri-adekvat reaksiyasıdır. Məqalənin başlılığı – “Barak Obamanın ikiüzlülüyü”, guya, “Foreyn Affairs” (“Xarici siyasət”) nəşrinə istinadən verilib. Halbuki, həmin jurnalda yazılanların məzmunu tam təhrif olunub. Bəli, “Foreyn Affairs” (“Xarici siyasət”) jurnalında 2013-cü ilin noyabrında belə bir məqalə nəşr olunub və məqalənin başlığı “Riyakarlığın sonu adlanır”.  Corc Vaşinqton Universitetinin professoru Marta Finnemor və dosent Henri Farrelin yazdığı məqalədə riyakarlıq dedikdə, Barak Obamaya qədər aparılan xarici siyasət nəzərdə tutulur və indiki prezidentin siyasəti riyakarlığın sonu adlandırılır. Bu mənada “Azərbaycan” qəzetində açıq-aşkar və həyasız təhrif var, bir daha deyirəm: məqalədə riyakarlıq dedikdə Obamanın siyasəti yox, ona qədər olan siyasət nəzərdə tutulur. Görünür, redaksiyada ya ingilis dilini zəif bilirlər, ya da o qədər riyakar və millətimiz haqqında səfeh düşünürlər ki, kiminsə həmin məqaləni oxumayacağını düşünürlər”.

Prezident Administrasiyasının rəsmisi Əli Həsənovun “Blomberg” Agentliyinə müsahibəsi Vaşinqton-Bakı münasibətlərinin normal məcraya düşəcəyini deyənlər vardı. Amma ““Azərbaycan” qəzetində yazılanlar başqa yanaşma ortaya qoymurmu” sualına politoloq cavab verib ki, o, Həsənovun müsahibəsi baxımından nikbinliyi bölüşməyib. Çünki müsahibəsində cənab Həsənov Bakının öz siyasətini davam etdirəcəyini birbaşa deyirdi. Yəni müstəqil QHT-ləri tam sıradan çıxaracaqlar, söz azadlığını boğacaqlar, fəal insanları şərləyib həbs edəcəklər, Amerikanı söyüb Rusiyayla sövdələşmələrə gedib ən çirkin işlərini davam etdirəcəklər. Əslində, Əli Həsənovun müsahibəsinin məzmunu bundan ibarət idi.

Ərəstun Oruclu hesab edir ki, Vaşinqton Bakının münasibəti fonunda özünü çox təmkinli aparır: “12 yanvarda keçirilən diskussiyada da bu təmkin bir daha özünü göstərdi, konkret olaraq, ən tənqidi fiqurlardan Tomas Melia hakimiyyətin ünvanına bir dəfə də olsun tənqidi fikir səsləndirmədi. Əksinə, strateji tərəfdaşlığı davam etdirməkdə maraqlı olduqlarını söylədi. Amma ona cavab “Azərbaycan” qəzetində dərc olundu. Ona görə də Amerikanın Bakıyla münasibətini korlaması haqqında maraqlı olduğunu sübuta yetirəsi bir fakt belə yoxdur. Azərbaycan hakimiyyəti 1 il yarımdan çoxdur münasibətləri məqsədli şəkildə korlamaqla məşğuldur, bu gün də həmin vəziyyət davam edir”.

“Bəs münasibətləri gərginləşdirməkdə məqsəd nədir” sualına politoloq cavab verdi ki, məqsəd Moskvayla işbirliyinə getməkdir: “Azərbaycan-Rusiya yaxınlaşmasının bir çox əlamətləri açıq şəkildə görünür, Qazaxıstan-Azərbaycan-Rusiya Xəzər hərbi təlimləri gözlənilməz idi. Moskvanın Xəzərdə keçirdiyi təlimlər kimin maraqlarına qarşıydı? Azərbaycanın da təlimlərdə iştirakını nəzərə alsaq, hər şey aydın olar. Məqsədli şəkildə münasibəti korlayıb cəmiyyətə təqdim edirlər ki, guya, Bakı Vaşinqtonla normal münasibətlər qurmaqda maraqlıdır, amma baxın, görün, Amerika nə edir?! Əslində, “Foreyn Affairs” (“Xarici siyasət”) jurnalında 2013-cü ilin noyabrında dərc olunan “Riyakarlığın sonu adlanır” məqaləsinin təhrifi göstərir ki, münasibətləri pozan Bakıdır. Deməli, məqsədləri Rusiyaya getməkdir. Bilmirəm, batan gəmiyə minməyin mənası nədir? Bəlkə perspektivləri var, ya da çıxış yolları yoxdur”.

Hakimiyyətin yarıdan çoxunu “beşinci kalon” adlandıran politoloq bildirir ki, bu adamlar öz iradələri ilə hərəkət etmirlər, onlar Moskvanın tapşırığı əsasında hərəkət edirlər, çünki əksəriyyəti Rusiyanın qarmağındadır və dosyeləri də Kremlin xüsusi xidmət orqanlarının arxivindədir. Bu adamlar başqa cür davrana da bilməzlər. Bunu xüsusi leksionla deməyə ehtiyac yoxdur.

Ərəstun Oruclu hesab edir ki, dövlət başçısı artıq proseslərə tam təsir edə bilmir: “İnanmıram ki, onun şəxsi maraqları Rusiyaya doğru getməyi tələb edir, nəinki Qərbə doğru. Moskva Bakını öz təsir dairəsinə alarsa, birinci hakimiyyətdən uzaqlaşdırılacaq şəxs İlham Əliyev olacaq”.Barak Obamanın ikiüzlülüyü” məqaləsi prezidentin iradəsindən kənar şəkildə dərc olunur” sualına politoloq belə cavab verdi: Bunu deyə bilmərəm. 12 yanvar Vaşinqtondakı müzakirələrdə açıq qeyd olundu ki, hər bir şeyə hakimiyyətin total nəzarəti var. Bu barədə Azərbaycanın tarixini, siyasətini bilən alimlər açıq şəkildə dedilər. Belə olduqda İlham Əliyevin “Azərbaycan” qəzetinə nəzarət edə bilməməsi istisna olunur. O zaman belə çıxır ki, məqalədə yazılanlar prezidentin mövqeyidir. Həm də prezidentin mətbuat xidmətinin rəhbərinin anti-Amerikan kəskin açıqlamaları olub”.

Ana səhifəXəbərlər“Azərbaycan” qəzeti Obamanı “ikiüzlü” adlandırdı