''Azərbaycan qazını Bolqarıstana daşıyacaq boru kəmərinin tikintisi bitmək üzrədir''

TANAP qaz kəməri, foto: trend

TANAP qaz kəməri, foto: trend

İlham Şaban: ''Tikintini yarım ilə bitirə bilərlər''

"Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisinə başlanması üçün hazırlıq işlərinin 80 faizdən çoxu başa çatıb".

Bunu "Trend"-ə müsahibəsində layihənin operatoru, “ICGB AD” şirkətinin icraçı direktoru Teodora Georgiyeva deyib.
O bildirib ki, layihə üzrə yekun investisiya qərarı 2015-ci ilin dekabrında qəbul edilmişdi:

“Boru kəmərinin Bolqarıstan hissəsinin tikintisi üçün icazə alınıb. Yunanıstan hissəsinin tikintisinə icazə isə üçüncü tərəflərin boru kəmərinə çıxışı ilə bağlı müəyyən qaydaların qəbul olunmasından dərhal sonra alınacaq”.

T.Georgiyeva qeyd edib ki, səhmdarlar və Avropa Komissiyası layihənin maliyyə modelini və biznes planını razılaşdırıblar:

“Hazırda Bolqarıstanla Yunanıstan arasında 25 il müddətinə vergitutma məsələləri ilə əlaqədar hökumətlərarası sazişin hazırlanması üzrə danışıqlar aparılır”.

Onun sözlərinə görə, Avropa Komissiyasının rəqabət məsələləri üzrə baş direktorluğu dövlət yardımı barədə ilkin bildiriş prosedurunu başa çatdırıb.

Məlumatı Meydan TV-yə şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, 2013-cü ilin 19 sentyabrında “Şahdəniz” konsersumundan Avropaya satılacaq 10 milyard kubmetr qazın 1 milyard kubmetrini “Bulqarqaz” şirkəti alqı-satqı edib. Bununla bağlı müqavilə də bağlanıb:

"Qərara alınıb ki, şirkət həmin qazı Yunanıstan ərazisindən çəkəcəyi boru kəməri vasitəsilə özünə götürəcək. 2020-ci ildə Bolqarıstan 1 milyard kibmetr qaz almalıdır, almasa, pulunu ödəyəcək. Yəni Azərbaycan burada 10 milyard kubmetr qazın 10 faizini Bolqarıstana satır".

İlham Şaban

İlham Şaban

İlham Şaban deyir ki, Azərbaycan 1 milyard kubmetr qaz satsa da, kəmərin buraxılma gücü 5 milyard kubmetrə qədərdir:

"Bundan əlavə, əgər İtaliya 2020-ci ildə qazı bir-iki il müddətinə yubatsa, o zaman Bolqarıstan, Macarıstan və Rumıniya arasında olan interkonnektorla (birləşdirici kəmər) qaz satmaq imkanı yaranacaq. Nəhayət, Azərbaycan boru kəmərin tikintisində və realizə edilməsinə iştirak etmir. Boru kəmərinin uzunluğu isə 120 kilometrdir. Tikintisini yarım ilə bitirə bilərlər".

İlham Şaban xatırladıb ki, Bolqarıstan qitənin ən kasıb ölkələrindən biri olduğundan Avropa Komissiyasından layihə ilə bağlı qrant və digər yardımlar almaq istəyir. Yunanıstan da eyni durumdadır. O da Avropa Birliyindən nəsə umur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/crgfok

Ən çox baxılan