Azərbaycan qaranlığa qərq olub (YENİLƏNİR)

Mingəçevir İES-də partlayış olduğu deyilir

Source:


RƏSMİ: Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında qəza baş verib.

“Azərişiq” ASC-nin sədri Baba Rzayev başda olmaqla bütün işçilər təcili qaydada işə çağırılıb. Hadisənin səbəbləri araşdırılır. Bunu “Report”a “Azərişıq”ın mətbat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev təsdiq edib.

 “Azərenerji” ASC hazırda Gürcüstan və ya Rusiyadan enerji mübadiləsinin aparılması və qəzanın nəticələri aradan qaldırılanadək respublikanın elektrik enerjisi ilə təmin edilməsinə çalışır.

Şüvəlan İES hazırda Bakıda işıqlandırmanı bərpa etməyə çalışır. Adının açıqlanmasını istəməyən qurum yetkilisi məlumat verib.


***


Mingəçevir İES-də partlayış olduğu deyilir

İyulun 2-dən 3-nə keçən gecə Bakıda və Azərbaycanın əksər rayonlarında elektrik enerjisinin verilməsi dayandırılıb. İlkin məlumata görə, problem Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) yaranıb. Mingəçevirdə yaşayan jurnalistlərin Meydan TV-yə verdikləri məlumata görə, stansiyada partlayış olub. Elektrik enerjisinin kəsilməsinə səbəb budur.

“Stansiyada yanğın hələ də davam edir, sönməyib”.

Hələlik, problemlə bağlı rəsmi açıqlama verilməyib.

Ana səhifəXəbərlərAzərbaycan qaranlığa qərq olub (YENİLƏNİR)