Avropa çempionatına sponsorluq edən SOCAR-ın himayəsindəki Azərbaycan futbolu ağır durumdadır
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Komanda.az-ın məlumatına görə, iclasda AFFA prezidenti Rövnəq Abdullayev deyib ki, vaxt verilən klublardan heç biri lisenziya ala bilməyib: “Ən azı bank qarantiyası olmalıdı ki, onu da heç bir klub verə bilmədi. “Xəzər Lənkəran”la “Rəvan”ın borcu olduğundan, bu klubların Premyer Liqada iştirakı qeyri-mümkündü.
Qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqasında 8 komanda çıxış edəcək. Növbəti mövsümün sonunda aşağı dəstədən Premyer Liqaya azı 4 komandanın gəlməsi PFL-in qarşısına tapşırıq kimi qoyulub. Yüksək liqanı isə bir komanda tərk edəcək. 8 komandalı çempionat müvəqqətidi. Gələn il Premyer Liqada 10-12 klubun olması planlaşdırılır”.
AFFA prezidenti Fransada keçirilən Avropa çempionatında SOCAR-ın reklamının olması barədə suala da cavab verib.
“Avropa çempionatında SOCAR-ın reklamının olması böyük şeydi. Bu, kommersiya məqsədlidi və uğurlu olacaq”.
Avropa çempionatına öz reklamını yerləşdirən SOCAR-ın himayə etdiyi Azərbaycan futbolu ağır durumdadır. Elə bu gün bildirilib ki, pul olmadığına görə, növbəti mövsümdə Azərbaycan Premyer Liqasında tarixdə ilk dəfə olaraq az sayda – 8 komanda iştirak edəcək.