Azərbaycan polisinə qadağandır! – cavab veririk #2

Polis kimdir, kimi qoruyur, hansı halda fiziki qüvvə tətbiq edə bilər? Bu və digər sualların cavabı.

Source:


Bu dəfəki yazımızda polis kimdir, kimi qoruyur, hansı halda fiziki qüvvə tətbiq edə bilər və polisə nələrin qadağan olduğu ilə bağlı suallara aydınlıq gətirəcəyik.


Polis hüquq-mühafizə orqanında müəyyən vəzifə tutan və qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur.




Polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq BÜTÜN ŞƏXSLƏRİN Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş HÜQUQLARINI  və qanuni mənafelərini hüquqa zidd əməllərdən QORUYUR.

“Polis haqqında” Qanuna görə, hər hansı şəxsə müraciət edərkən polis əməkdaşı ADINI, SOYADINI, RÜTBƏSİNİ bildirməli və xidməti vəsiqəsini, yəni POLİS OLDUĞUNU TƏSDİQ EDƏN SƏNƏDi göstərib özünü təqdim etməlidir. Həmin sənədin üzərində isə Daxili İşlər Nazirliyinin möhürü, nazir və yaxud da nazir müavinlərinin imzası olmalıdır.

Polis əməkdaşı inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib edə, onun əşyalarını yoxlaya, üzərində axtarış apara və qanunvericiliklə tənzimlənən müddətdə həmin şəxsi polisdə saxlaya bilər. Hər hansı bir şəxsin mənzilində axtarış aparmaq üçün isə mütləq məhkəmənin qərarı olmalıdır. İstisna hallarda təxirə salınmaz tədbirlər həyata keçirilirsə, polis mənzilə məhkəmə qərarı olmadan daxil ola bilər. Bu hallar aşağıdakılardır:



Digər şəxslərin hüquq və azadlıqlarının qorunması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması və yaxud ağır cinayətlərin, bədbəxt hadisələrin, təbii fəlakətlərin, qəzaların, epidemiyaların və epizootiyaların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirildikdə




Polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və təkbaşçılıq prinsipləri əsasında fəaliyyət göstərir. Onun fəaliyyətinin əsas istiqamətləri ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər xətaların qarşısının alınması və açılması, və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsidir.




Polis əməkdaşı onun qanuni tələblərini İCRA ETMƏYƏN hər hansı şəxsə qarşı bu hallarda fiziki qüvvə tətbiq edə bilər:

1) hazırlanan və ya törədilən cinayətin qarşısı alındıqda;

2) inzibati xətanı və ya cinayəti törədən şəxs tutulduqda;

3) hər hansı hüquqpozmanın törədilməsində güc işlədildikdə.




“Polis haqqında” Qanuna görə, polis əməkdaşına hər hansısa seçki və təyinatla vəzifə tutmaq, SİYASƏTLƏ MƏŞĞUL OLMAQ, hər hansı siyasi partiyaya üzv olmaq QADAĞANDIR. Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla polisin hansısa SAHİBKARLIQ, KOMMERSİYA və digər ÖDƏNİŞLİ FƏALİYYƏTlə məşğul olmağı QANUNVERİCİLİYƏ ZİDDİR. Polis ƏMƏK HAQQINDAN, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən BAŞQA MƏVACİB ALA BİLMƏZ.



Polisin hər hansısa şəxsin ləyaqətini alçaltmağa ixtiyarı yoxdur. Polis cinayət törədən və ya cinayətdə şübhəli bilinən adamdan məlumat almaq, yaxud da cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur edə, bu məqsədlə onları və digər şəxsləri HƏDƏLƏYƏ, İŞGƏNCƏYƏ MƏRUZ QOYA, onlara fiziki və mənəvi təsir göstərə BİLMƏZ.




Polis şəxsi saxlayan zaman son zəruri hal istisna olmaqla TƏHLÜKƏSİZ VASİTƏLƏRDƏN İSTİFADƏ etməlidir. Həmin şəxsə özünü təqdim etməli və vəsiqəsini göstərməlidir. Polis orqanına gətirildikdən sonra bunu protokollaşdırmalı və şəxsi bu protokolla tanış etməlidir. Saxlanılan şəxsin yaxınlarına, onun tələbi ilə təhsil aldığı, yaxud işlədiyi yerə təxirə salınmadan məlumat verilməlidir və həmin şəxsin MÜDAFİƏÇİNİN KÖMƏYİNDƏN İSTİFADƏ HÜQUQU təmin edilməlidir.



Polis saxlanılan şəxsin ŞƏXSİYYƏT VƏ LƏYAQƏTİNİ ALÇALDA BİLMƏZ, bundan başqa, o, saxlanılan qadınlara, yetkinlik yaşına çatmayanlara, qocalara, xəstələrə və əlilliyi olanlara XÜSUSİ DİQQƏTLƏ YANAŞMALIDIR. Polis tutulma və ya HƏBSƏALMA MÜDDƏTLƏRİ KEÇƏNDƏN SONRA tutulan və ya həbsə alınan şəxsi DƏRHAL  AZAD ETMƏLİDİR.


Qanunvericlikdə xüsusi vasitə dedikdə polisin sərəncamına verilən dəyənəklər, əl-qolu bağlama vasitələri, xüsusi təyinatlı gözyaşardıcı qazlar, rezin güllələr, suatan vasitələr, nəqliyyatın məcburi dayandırma vasitələri nəzərdə tutulur. Həm xüsusi vasitələr, həm fiziki qüvvə, həm də odlu silahın tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır, xüsusilə odlu silah yalnız real təhlükə yaranarsa, o zaman istifadə olunmalıdır. Odlu silahdan istifadə etməzdən əvvəl polis həmin şəxsə ya şifahi xəbərdarlıq etməli, ya da xəbərdarlıq atəşi açmalıdır. Polisin qiyam və ya kütləvi iğtişaşlarda,  tutulan şəxs silahlı müqavimət göstərildikdə, sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsini dayandırmaq haqqında polis əməkdaşının aşkar olan dayanma tələbinə tabe olmadıqda və onun saxlanılmasına başqa imkan olmadıqda və s. oxşar hallarda onun QANUNİ TƏLƏBLƏRİNİ İCRA ETMƏYƏN ŞƏXSə qarşı xüsusi vasitələr istifadə etmək ixtiyarı var.


Odlu silah işlətməklə basqın edildiyi və ya silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla, fiziki qüvvə, xüsusi vasitələr və odlu silahı QADINLARa, AZYAŞLILARa, yanında azyaşlı olan, ƏLİLliyi, sağlamlıq imkanlarının məhdudluğu və digər FİZİKİ və PSİXİ QÜSURları aşkar bilinən şəxslərə qarşı, habelə insanların toplaşdığı yerlərdə kənar şəxslərin zərər çəkə biləcəyi hallarda tətbiq etmək OLMAZ.

Ana səhifəXəbərlərAzərbaycan polisinə qadağandır! – cavab veririk #2