Azərbaycan Ordusunun zabitinin qar uçqunu səbəbindən həlak olduğu bildirilir

Kamran Namiz oğlu Hüseynov

Kamran Hüseynov Neftçalada dəfn edilib

27 yaşlı hərbçi Kamran Namiz oğlu Hüseynovun Kəlbəcər rayonu ərazisində qar uçqununa düşüb həlak olduğu bildirilir. Məlumatı Meydan TV-yə hərbçinin yaxınları verib. 1995-ci il təvəllüdlü Kamran Hüseynov Cəmşid Naxçıvanski adına Hərbi Lisey məzunudur.
Zabitin martın 4-də doğulub-böyüdüyü Neftçala şəhərində dəfn edildiyi bildirilir.
Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama verməyib.

Ana səhifəXəbərlərAzərbaycan Ordusunun zabitinin qar uçqunu səbəbindən həlak olduğu bildirilir