Azərbaycan Ordusunun zabiti şəhid olub

Naxçıvan Muxtar Respublikası Şərur rayonunun sakini Elnur Cəfərov düşmən gülləsinə tuş gəlib.

Source:

APA-nın məlumatına görə, hadisə bu gün cəbhənin Tərtər istiqamətində qeydə alınıb.

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində ordumuzun kapitanı, Naxçıvan Muxtar Respublikası Şərur rayonunun sakini Elnur Cəfərov düşmən gülləsinə tuş gəlib. Hərbçi aldığı güllə yarasından şəhid olub.

Allah rəhmət etsin.

Ana səhifəXəbərlərAzərbaycan Ordusunun zabiti şəhid olub