Azərbaycan Ordusunun zabiti həlak olub

Nizami Yolçuyev. Mənbə: Zabitin ailə albomundan

Nizami Yolçuzadənin olduğu maşının dərəyə aşdığı bildirilir

Əlahiddə Ümumqoşun Ordusunun kapitanı Nizami Yolçuzadənin Naxçıvanda xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğu deyilir.

Zabitin yaxınlarından əldə edilən məlumata görə, hərbçinin olduğu maşın dərəyə aşıb.

Nizami Yolçuzadənin əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən olduğu bildirilir.

Müdafiə Nazirliyi hadisə ilə bağlı hələ rəsmi məlumat yaymayıb.

Nizami Yolçuyevin dəfni. Mənbə: Facebook
Ana səhifəXəbərlərAzərbaycan Ordusunun zabiti həlak olub