MN: Polkovnik-leytenant vəfat edib

Əsgər. Mənbə: Shutterstock – Denis Andricic

Ermənistan isə 3 hərbçinin həlak olduğunu açıqlayıb

Azərbaycan Ordusunun zabitinin vəfat etdiyi bildirilir.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağayev Vüqar Şümşəd oğlu kəskin miokard infarktından vəfat edib.

Müdafiə Nazirliyi zabitin hansı şəraitdə vəfat etməsi, hansı rayondan olması barədə Meydan TV-nin sorğusuna hələ ki cavab verməyib.

Mənbə: sosial şəbəkə

Bu gün Ermənistan Müdafiə Nazirliyi də ordudakı itkilər barədə məlumat yayıb.

Bildirilir ki, Ermənistanın üç hərbçi həlak olub.

Onların ikisinin Azərbaycanla yeni sərhəd yaxınlığında uçqun altında qalması, bir nəfərin isə hərbi obyektdə naməlum şəraitdə güllə yarası alması nəticəsində öldüyü vurğulanır.

Ana səhifəXəbərlərMN: Polkovnik-leytenant vəfat edib