Hadisə Tərtərdə baş verib
Tərtər rayonu "N" saylı Hərbi hissənin əsgəri Mayılzadə Məhərrəm Qafar oğlu xidməti vəzifəsini yerinə yetirərkən vəfat edib.
Cəlilabad Rayon Hərbi Komisarlığından Meydan TV-yə əsgərin mina partlamasından vəfat etdiyini bildiriblər.
Bildirilib ki, əsgər bu gün dəfn olub.
Məhərrəm Mayılzadə 2000-ci ildə Cəlilabad rayonunun Musalı kəndində doğulub.
O, ötən ilin 12 aprelində Cəlilabad Rayon Hərbi Komisarlığından həqiqi hərbi xidmətə çagırılıb.