Dekabrın 19-da axşam saatlarında Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizə atəş açması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Nurməmmədzadə İbrahim Əvəz oğlu şəhid olub.
Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.
2015-ci il təhlükəsizlik və müdafiə sektorunda dünyasını dəyişən itki sayı 75 nəfər oldu.