Kərim Vəliyevdən əvvəl bu vəzifəni Nəciməddin Sadıqov icra edirdi
General-leytenant Kərim Vəliyev müdafiə nazirinin müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad olunub.
O, nazirin birinci müavini – Baş Qərargah rəisi təyin edilib.
Bu barədə dövlət başçısı İlham Əliyev iluyun 23-də sərəncam
imzalayıb
.
Kərim Vəliyev 2014-cü ildən Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindəydi.
1993-cü ildən Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olan Nəcməddin Sadıqov bu il vəzifəsindən azad olunub.
Kərim Vəliyev 1961-ci ildə Bakı şəhərində anadan olub. O, 1982-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib.
K.Vəliyev 1982–1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib.
1990–1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.
O, 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, ordu korpusu komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib.
K.Vəliyev "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.