Azərbaycan ordusu yenə əsgərini itirdi

Vahid Musayevin cənazəsi hələ ailəsinə təhvil verilməyib

Source:

Avqustun 4-də Göyçay rayonu Şəkər kənd sakini, 1998-ci il təvəllüdlü əsgər Vahid Vüqar oğlu Musayev həlak olub. Hadisə Tovuz rayonunun Əlibəyli kəndindəki N saylı hərbi hissədə baş verib.

Bu barədə Meydan TV-yə əsgərin yaxınları məlumat verib. İlkin məlumata görə, o, əsgər yoldaşının açdığı atəş nəticəsində ölüb: ‘Vahid Musayevin təxris olmasına 7 ay qalmışdı”.

Göyçay rayonu Şəkər kənd bələdiyyəsinin sədri Qurban İbrahimov Meydan TV-yə faktı təsdiqləyib. Bildirib ki, Vahid Musayevin cənazəsi hələ kəndə gətirilməyib:

”Onun şəhid olması ilə bağlı ailəsinə məlumat verilib. Hələ cənazə gətirilməyib. Onun hansı şəraitdə həlak olması barədə də məlumatımız yoxdur”.

2017-ci ilin ilk 6 ayında Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 35 hərbi qulluqçu ölüb. Onlardan 16 nəfəri döyüş, 22 nəfəri isə qeyri-döyüş itkisidir.

Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun açıqladığı məlumatda deyilir.

Qurumun yaydığı məlumatda bildirilir ki, Silahlı Qüvvələrin 16 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub.

Ana səhifəXəbərlərAzərbaycan ordusu yenə əsgərini itirdi