”Azərbaycan ordusu qarşı tərəfin yalnız hərbi güc obyektlərinə qarşı cavab tədbirləri görür”

Müdafiə Nazirliyi televiziyaya məxsus maşının atəşə tutulmasına aydınlıq gətirib

Source:


Müdafiə Nazirliyi televiziyaya məxsus maşının atəşə tutulmasına aydınlıq gətirib

Azərbaycanın Müdafiə Nazirliyi təmas xəttində Ermənistanın televiziya kanalına məxsus maşının atəşə tutulmasına aydınlıq gətirib.

Nazirlik açıqlamasında bildirib ki, Azərbaycan ordusu yalnız qarşı tərəfin hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür.

“Ermənistanın hərbi texnikasının kamuflyaj rənginə uyğun olan, üzərində media və ya hər hansı mülki təşkilata aid heç bir fərqləndirici nişanı olmayan və “Şant” televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən Azərbaycan ordusunun mövqelərinə doğru atəş açılıb. Azərbaycan ordusu da buna cavab tədbirləri görüb”.

Mayın 10-da Ermənistan mediasında Azərbaycan Silahlı Qüvvələrinin onların “Şant” teleşirkətinə məxsus olan avtomobilini atəşə tutduğu ilə bağlı məlumat getmişdi.

Tert.am saytının “Şant” televiziya kanalına istinadla verdiyi məlumata görə, maşın iri çaplı silahdan atəşə tutulub və nəticədə televiziya şirkətinin operatoru David Atoyan xəsarət alıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Ana səhifəXəbərlər”Azərbaycan ordusu qarşı tərəfin yalnız hərbi güc obyektlərinə qarşı cavab tədbirləri görür”