Mayın 3-də Silahlı Qüvvələrin əsgəri şəhid olub. Müdafiə Nazirliyinin məlumatına görə, qoşunların təmas xəttində qarşı tərəflə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, 1997-ci il təvəllüd əsgər Yüzbəyov Əmrah Aydın oğlu şəhid olub. Xaçmaz rayonu Hacıməmməd-Oba kənd sakini olan hərbçimiz sabah torpağa tapşırılacaq.
Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.