Əsgər Qusarda dəfn olunub
İyunun 15-də cəbhə bölgəsində atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Sultan Niyaz oğlu Şahvələdov həlak olub. Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Əsgərin nəşi iyunun 16-da doğulduğu Qusar rayonuna gətirilib.
APA-nın şimal bürosunun xəbərinə görə, Qusar rayon Şəhidlər Xiyabanında keçirilən dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əsgərin tabutu üzərinə çəkilən Azərbaycan bayrağı onun atasına təqdim olunub.
Yaylım atəşi açıldıqdan, dövlət himni səsləndirildikdən sonra əsgər dəfn olunub.