Azərbaycan Ordusu əsgərini itirdi

Hazırda cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.

Foto: Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi: ''Füzuli rayon istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləz Ələddin oğlu Əlləzov şəhid olub''

Martın 26-da Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləz Ələddin oğlu Əlləzov həlak olub.

Məlumatı

Müdafiə Nazirliyi

yayıb.

Bildirilir ki, gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb:

“Axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayon istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləz Ələddin oğlu Əlləzov şəhid olub”.

Müdafiə Nazirliyi Ermənistan mətbuatının yaydığı məlumata da münasibət bildirib:

“Ermənistan mətbuatı Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan tərəfinin guya mühəndis işləri həyata keçirməklə mövqeləri irəli çəkmək cəhdi barədə xəbər yayıb.

Rəsmi olaraq bildiririk ki, verilən bu məlumat həqiqətə uyğun deyil, Ermənistan tərəfinin növbəti təxribatıdır və cəbhədə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır.

Azərbaycan Ordusu bölmələrinin qəti və adekvat tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurularaq onun növbəti təxribatlarının qarşısı alınıb.

Hazırda cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır”.

Ana səhifəXəbərlərAzərbaycan Ordusu əsgərini itirdi