Azərbaycan ordusu daha bir hərbçisini itirib

19 yaşlı Süleyman Süleymanov Ermənistan ordusunun açdığı atəş nəticəsində həyatını itirib

Source:
Süleyman Süleymanov (Foto: Sosial şəbəkə)
Süleyman Süleymanov (Foto: Sosial şəbəkə)

19 yaşlı Süleyman Süleymanov Ermənistan ordusunun açdığı atəş nəticəsində həyatını itirib.

Azərbaycan ordusunun daha bir əsgəri həlak olub. Qazax rayonu Daş Salahlı kəndində anadan olmuş 19 yaşlı Suleyman Elçin oğlu Süleymanov Ermənistan ordusunun açdığı atəş nəticəsində dünyasını dəyişib. Faktı Meydan TV-yə kəndin bələdiyyə sədri təsdiqləyib. Onun sözlərinə görə, hadisə haqqında günorta saatlarında xəbər tutsalar da, cənazə hələ kəndə gətirilməyib.

S.Süleymanovun Ağcabədi-Beyləqan istiqamətində gedən döyüşlərdə öldürüldüyü bildirilir Hazırda rayonda cənazənin qarşılanması üçün hazırlıq görür.

Hadisə ilə bağlı Müdafiə Nazirliyi açıqlama yaymayıb.

Ana səhifəXəbərlərAzərbaycan ordusu daha bir hərbçisini itirib