Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq
Azərbaycan ordusu Ağdam rayonuna daxil olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat
yayıb
.
Nazirlik bildirib ki, Azərbaycanın Prezidenti, Ermənistanın Baş naziri və Rusiyanın Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.
Eyni zamanda, qeyd olunur ki, Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.
Ağdam rayonu 1930-cu ildə yaradılıb. İri yaşayış məntəqələri Mərzili, Seyidli, Qiyaslı, Xıdırlı və Zəngişalı kəndləridir.
İşğaldan əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Ağdam rayonu 1993-cü ilin iyulun 23-də işğal edilib.