Azərbaycan oliqarxının Türkiyədə yeni nəqliyyat şirkəti

“Hafiz Məmmədov da başqa oliqarxlar kimi maliyyə hesabatı açıqlamağı sevmir”

Source:


“Hafiz Məmmədov da başqa oliqarxlar kimi maliyyə hesabatı açıqlamağı sevmir”

Son vaxtlar adı bir çox qalmaqallarda hallanan Hafiz Məmmədov Türkiyədə özünü sınamaq qərarına gəlib.

Bu ölkədə onun adına avtomobil yük daşımaları ilə məşğul olacaq şirkət qeydiyyata alınıb. Məmmdovun Azərbaycanda neft və qeyri-neft yükləri, sərnişin daşıyan bir neçə şirkəti var.

İstanbu Ticarət Palatasının (http://www.ito.org.tr), Ticari Palatalar və Birjalar Birliyinin (

http://www.ticaretsicil.gov.tr/index.php

) məlumatına görə, 24 dekabr 2014-cü ildə “Azlog Group İthalat İhracat Limited”(qeydiyyat nömrəsi № 953077/0) qeydiyyata alınıb. O, Hafiz Məmmədova məxsusdur. İlkin üzvlük haqqı 10 min türk lirəsidir. Əsas idarəçi Məmmədov özüdür.

Bu ilin iyununda onun şirkəti (“Baghlan Group FZCO”) beynəlxalq maliyyə bazarlarında yerləşdirilən $150 mln avrobondu ödəməlidir. İstiqrazlar üzrə illik faiz dərəcəsi 14,75%-dir. Holdinqin kağızları 2012-ci ilin uyununda 3 illiyə yerləşdirilib. 2013-cü ilin dekabrında holdinq öhdəliyin ödənilməsi problemi ilə üzləşib və texniki defolt elan edilib. Növbəti ödəniş ötən ilin 27 dekabrında olmalı idi.

Hafiz Məmmədov da başqa oliqarxlar kimi maliyyə hesabatı açıqlamağı sevmir. Holdinqin saytı (

www.baghlangroup.com

) bir neçə aydır işləmir (Turan İA).

Ana səhifəXəbərlərAzərbaycan oliqarxının Türkiyədə yeni nəqliyyat şirkəti