Azərbaycan Olimpiya qaliblərinə 4.2 mln manat verəcək

İdmançılara 2.8 mln, onların məşqçilərinə isə 1.4 mln manat mükafat veriləcək

Source:


İdmançılara 2.8 mln, onların məşqçilərinə isə 1.4 mln manat mükafat veriləcək

2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında qalib gələn idmançılara 2.8 mln, onların məşqçilərinə isə 1.4 mln manat mükafat veriləcək. Bu məbləğ ümumilikdə 4 mln manat edir.

Bu haqda prezident İlham Əliyevin 2016-cı il iyulun 18-də Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançılar və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında imzaladığı

sərəncamda

deyilir.

Mükafatlar aşağıdakı qaydada müəyyən edilir:

1.1. birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;

1.2. ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

1.3. üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.

Azərbaycan komandası “Rio-2016″da 1 qızıl, 7 gümüş və 10 bürünc olmaqla 18 medal qazanıb.

Ana səhifəXəbərlərAzərbaycan Olimpiya qaliblərinə 4.2 mln manat verəcək