Azərbaycan Novruz bayramını qeyd edir

Yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə təxminən saat 08.30 radələrində daxil olur

Source:


Yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə təxminən saat 08.30 radələrində daxil olur

 Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bu gün Novruz bayramını qeyd edilir.

Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

Sovet Azərbaycanında Nəriman Nərimanovun XKS-nin sədri olduğu dövr istisna olmaqla Novruz Bayramının dövlət səviyyəsində keçirilməsinin vacibliyi ilk dəfə Azərbaycan Kommunist Partiyasının 1958-ci ilin yanvar ayında keçirilən XXII qurultayındakı çıxışında Komsomolun birinci katibi Əbdürrəhman Vəzirov tərəfindən qaldırılıb. Lakin məsələ reallaşmayıb.

1967-ci ildə isə Mərkəzi Komitənin katibi Şıx-Əli Qurbanovun təşəbbüsü və təşkilatçılığı ilə Novruz Bayramı keçirildi.

Şıx-Əli Qurbanovun ölümündən sonra Novruz Bayramı keçirilmədi. Yalnız 1988-ci ildə – Əbdürrəhman Vəzirov Azərbaycan KP MK-nin birinci katibi təyin olunduqdan sonra keçirildi.

Yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə təxminən saat 08.30 radələrində daxil olur.

Ana səhifəXəbərlərAzərbaycan Novruz bayramını qeyd edir