”Azərbaycan” Nəşriyyatı müqavilə qiymətlərini artırdı

”Qəzetimizin vəziyyəti pis idi, bundan sonra daha pis olacaq”

Source:


”Qəzetimizin vəziyyəti pis idi, bundan sonra daha pis olacaq”

“Azərbaycan” Nəşriyyatının binasında yerləşən redaksiyalar və digər təşkilatlar üçün nəzərdə tutulmuş kommunal xərclərin ödənilməsi haqqında müqavilə qiymətləri artırılıb.

Bu barədə məlumatı “Report” yayıb.

Nəşriyyatın yaydığı mətndə Tarif Şurasının son qərarı xatırlanaraq bildirilib ki, respublikada enerji daşıyıcılarının qiymətlərinin kəskin artması səbəbindən “Azərbaycan” Nəşriyyatı redaksiya və digər təşkilatlarla bağlanmış kommunal xərclərin ödənilməsi haqqında müqavilə qiymətlərinə dəyişiklik etmək məcburiyyətindədir.

Nəşriyyat yanvarın 1-dən kommunal xərclərə görə müqavilə qiymətlərini 36 faiz artırılacağı bildirib.

Nəşriyyatın rəhbərliyi həmin tarixdən etibarən kommunal xərclərini yeni qiymətlərlə ödənilməsini xahiş edir: “2017-ci il üçün müqavilələr bağlanana qədər debitor borclarının ödənilməsi vacibdir”.

Rahim Hacıyev

“Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev Meydan TV-yə deyib ki, bu barədə məlumatsız olsa da, qiymət artımı onlara təsirsiz ötüşməyəcək.

“Onsuz da qəzetimizin vəziyyəti pis idi, bundan sonra daha pis olacaq”,-deyə Rahim Hacıyev bildirib.

Ana səhifəXəbərlər”Azərbaycan” Nəşriyyatı müqavilə qiymətlərini artırdı