Azərbaycan neftinin qiyməti aşağı düşüb

Vüqar Bayramov: “Neftin qiymətində yenidən azalmaların olacağı proqnozlaşdırılır”

Source:
Neft qaz
Neft qaz


Vüqar Bayramov: “Neftin qiymətində yenidən azalmaların olacağı proqnozlaşdırılır”

Azərbaycan nefti ucuzlaşmaqda davam edir.

APA yazır ki, “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,94 dollar azalaraq, 68,18 dollar təşkil

edib

.

İqtisadçı Vüqar Bayramov deyir ki, 70 dollarlıq psixoloji həddi keçən “qara qızıl” yenidən dəyər itirib. Üstəlik, bir sıra beynəlxalq tədqiqat qurumları neftin qiymətində yenidən azalmaların olacağını proqnozlaşdırırlar:

“Əvvəllər də qeyd etdiyimiz kimi, neftin son qiymət artımları hasilatın azalması ilə yanaşı, spekulyativ müdaxilələr ilə bağlı idi. Bəzi valyuta və hec fondları son aylar neft bazarında fəallığı artıraraq qiymətin artmasını stimullaşdırmağa çalışırdılar. Digər tərəfdən, ABŞ və Kanadada şist neft hasil edən quyuların sayında artımlar müşahidə edilir və bu da Şimalı Amerikanın neft bazarında mərhələli şəkildə mövqeyinin güclənməsinə gətirib çıxarır”.

İqtisadçı bildirir ki, bir sıra OPEK ölkələri, o cümlədən İran neftin son aylardakı qiymət artımlarından narahatçılıqlarını gizlətmirdilər. Çünki belə qiymət artımları yeni və daha ciddi qiymət azalmalarına səbəb ola bilər.

Yanvarın 5-də Azərbaycan neftinin bir barreli 70,54 dollara yüksəlmişdi. Bu, son 3 ildə neftin qiymətində maksimum göstərici idi. Son bir gündə “Brent” və “Layt” markalı neftin də ucuzlaşdığı açıqlanıb.

“AzəriLayt”ın bir bareli 2014-cü il dekabrın 4-də 72.56 dollara satılıb. Həmin gündən sonra ucuzlaşmağa başlayan Azərbaycan neftinin bir barelinin qiyməti 2015-ci ildə 38-70 dollar arasında dəyişib.

“AzəriLayt”ın bir bareli 2016-cı il yanvarın 21-də minimuma – 28.82 dollar/barelə enib. Daha sonra nisbətən bahalaşan Azərbaycan nefti 2016-cı ildə 28-57 dollar/barrel arasında dəyişib.

2017-ci ilin əvvəlində isə 57 dollara satılan “AzəriLayt”ın bir bareli ilin ortalarında 46 dollara geriləsə də, dekabrda 69 dollaradək bahalaşıb.

Ana səhifəXəbərlərAzərbaycan neftinin qiyməti aşağı düşüb