Azərbaycan neftinin bir bareli 51.72 dollardır

Azərbaycan nefti ucuzlaşıb

Source:

foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə


Azərbaycan nefti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

Nyu-Yorkun NYMEX (New York Mercantile Exchange) birjasında “Layt” markalı neftin bir barelinin 0.56 dollar ucuzlaşdığı bildirilir. Hazırda “Layt” markalı neft 49.96 dollara satılır.

Londonun ICE (InterContinental Exchange Futures) birjasında “Brent” markalı neftin qiymətinin də 0.67 dollar düşdüyü açıqlanıb. İndi “Brent” nefti 50.79 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir bareli isə 0.50 dollar ucuzlaşıb. Hazırda Azərbaycan neftinin bir bareli 51.72 dollardır.

“AzəriLayt” markalı neftin ən yüksək qiyməti 2008-ci ildə qeyd alınıb. Həmin vaxt Azərbaycan nefti 150 dollara qədər yüksəlmişdi.

Ana səhifəXəbərlərAzərbaycan neftinin bir bareli 51.72 dollardır