“Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 43,97 dollara bərabər olub
Azərbaycanın “Azeri LT CIF” markalı xam neftinin bir barelinin qiyməti 0,28 dollar və yaxud 0,63 faiz ucuzlaşıb.
“Report” xəbər verir ki, “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 43,97 dollara bərabər olub.
“Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.