Azərbaycan mülkiyyət hüququnun qorunması səviyyəsinə görə reytinqdə irəliləyib

Qiymətləndirmə 129 ölkə arasında aparılıb

Source:


Qiymətləndirmə 129 ölkə arasında aparılıb

Mülkiyyət hüququnun qorunması səviyyəsinə görə Azərbaycan qlobal reytinqdə 67-cidir.

Bu, ötən illə müqayisədə 13 pillə irəliləmək deməkdir.

"Beynəlxalq Mülkiyyət Hüquqları İndeksi-2020" (International Property Right Index-2020)

hesabatında

belə deyilir.

Qiymətləndirmə 129 ölkə arasında aparılıb. Azərbaycanın indeksi 5,348 təşkil edib.

Qonşu ölkələrdən Gürcüstan 73-cü, Ermənistan 83-cü, Qazaxıstan 85-ci, Rusiya isə 88-ci yerdə qərarlaşıb.

Reytinqdə Ukrayna 105-ci, Moldova isə 111-ci yerləri bölüşüblər.

Dünyada vətəndaşların mülkiyyət hüququnun ən yaxşı qorunduğu ölkələr isə Finlandiya, İsveçrə və Sinqapurdur. Reytinqdə ən son yerdə isə Haiti qərarlaşıb.

Mülkiyyət Hüququ Alyansı (Property Rights Alliance) bu reytinqi 2007-ci ildən dərc edir. Reytinqin göstəriciləri hesablanarkən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı, Ümümdünya Ticarət Təşkilatı və s. mənbələr əsas götürülür.

Ana səhifəXəbərlərAzərbaycan mülkiyyət hüququnun qorunması səviyyəsinə görə reytinqdə irəliləyib