Məsələ iki ölkənin ekspertləri səviyyəsində müzakirə olunacaq
Azərbaycan Monteneqro hökumətinə kredit verməyə hazırlaşır.
“APA-Economics” “TradeGoria” portalına istinadən xəbər verir ki, vəsaitin Veriqe boğazı üzərindən körpünün tikintisinə sərf olunacağı gözlənilir.
Kreditin məbləği 175 mln. avro, müddəti isə 15 il təşkil edir. Gözlənilir ki, vəsait “Monteput” dövlət müəssisəsinə ayrılacaq.
Məsələ iki ölkənin ekspertləri səviyyəsində müzakirə olunacaq.