Mənbə: google

Azərbaycan məktəblərində COVİD-19: bu gün 13 şagird yoluxub

Hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 86-dır

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVİD-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, bu gün virusa yoluxmuş şagirdlərin sayı 13, işçi heyətinin sayı 7 nəfər təşkil edib.

Hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 86, işçi heyətinin sayı 3 olub.

Distant təhsilə keçirilmiş siniflərin sayı 2 olub.

Bu günə qədər distant təhsilə keçən siniflərin sayı 11, məktəb sayı isə 1-dir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/o04ljl

Ən çox baxılan