Azərbaycan məhkəmələrində şahidlik edən şəxs əfvlə azadlığa çıxıb

Nicat Nərimanovun AXCP fəalı Orxan Baxışlının işində də şahidlik etdiyi bilindi

Source: google.az


Nicat Nərimanovun AXCP fəalı Orxan Baxışlının işində də şahidlik etdiyi bilindi

Azərbaycan məhkəmələrində saxta şahidlərin sifarişli işlər üzrə istifadəsi halları dəfələrlə müzakirə mövzusu olub. Belə şahidlərdən bir neçəsi haqda Meydan TV-də məlumat

verilmişdi

. Onlardan biri də əvvəllər məhkum olunmuş Nicat Fərrux oğlu Nərimanovdur. Azərbaycan vətəndaşı Əhməd Ramiz oğlu Əliyevin yaxınları demişdilər ki, Nicat Nərimanov ittiham tərəfinin şahidi qismində məhkəmədə çıxış edərək onun şərlənməsi prosesində iştirak edir.

Əhməd Əliyevin yaxınlarının verdikləri açıqlamadan sitat:

“Bu adamlar “paykovoy” şahidlərdir. Kimin üzünə dayanmaq lazımdırsa, çağırırlar, saxlayırlar. Əhmədin vəkili sorğu verdi, məlum oldu ki, həmin şahidlər Nərimanov, Nizami, Binəqədi, Sabunçu və Bakı Ağır Cinayətlər Məhkəmələrində başqa işlərdə də şahid kimi qeydə alınıblar”.

Meydan TV-nin apardığı araşdırma nəticəsində bəlli olub ki, Nicat Fərrux oğlu Nərimanov AXCP fəalı Orxan Baxışlının işində də şahidlik edib. Onun məhkəmədə verdiyi ifadələr fəal barəsində hökm çıxarılarkən əsas götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsi AXCP fəalı Orxan Baxışlını 6 illik həbsə məhkum edib.

Orxan Baxışlı Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma" maddəsi ilə itiham olunub.

Nicat Nərimanov 27 sentyabr 1987-ci ildə Saatlı rayonunda anadan olub. Bakının Nizami rayonunda yaşayır. Xətai Rayon Məhkəməsinin 31 oktyabr 2013-cü il tarixli hökmü ilə məhkum olunub. O, narkotik istifadəçisi kimi həbsə alınıb, 2 il sonra, 2015-ci ilin 28 dekabrında prezident

sərəncamı

ilə əfv olunub. (Əfv siyahısı üzrə 151-cidir)

Bildirilir ki, həbsdən çıxdığı sonrakı dönəmdə isə Nicat Nərimanovun günü məhkəmələrdə şahidlik etməklə keçir.

Əhməd Əliyevin vəkili Rafiq Hümbətovun Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına təqdim etdiyi apelyasiya şikayətində “paykovoy”şahidlər haqda ətraflı məlumat verilir və hakimlərin diqqətinə həmin şəxslərin şahid qismində məhkəmədə dindirilmələrinin, şahid qismində qəbul olunmalarının qanunla yolverilməzliyi çatdırılır. Həmin şahidlərdən biri kimi Nicat Nərimanovun adı da qeyd olunur.

Nicat Fərrux oğlu Nərimanov Əhməd Əliyevin məhkəmələrində şahid qismində dindirilərkən, başqa məhkəmə instansiyalarında şahidlik etməsini gizlətməyə çalışıb. Lakin aparılan araşdrımalar zamanı məlum olub ki, Nicat Nərimanov “stajlı” şahiddir. O,

(101)-820/2018 iş üzrə şahid qismində Bakı Ağır Cinayətlər Məhkəməsində;

l(007)-281/2018 iş üzrə şahid qismində Bakı şəhəri Nizami Rrayon Məhkəməsində;

1(008)-281/2018 iş üzrə şahid qismində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində;

l(001)-258/2018 iş üzrə şahid qismində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində məhkəmə proseslərində iştirak edib.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 94.1 maddəsinə görə, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər.

Həmin məcəllənin 115.1-ci maddəsinə əsasən, “şəxs bu məcəllənin 94.1-ci maddəsində göstərilin tələblərə uyğun olmadıqda, o, hal şahidi qismində cinayət prosesində iştirak edə bilməz.

Məcəllənin 115.2-ci maddəsi isə hal şahidinin iştirakının mütəmadi xarakter daşıması hallarını istisna edir.

Ana səhifəXəbərlərAzərbaycan məhkəmələrində şahidlik edən şəxs əfvlə azadlığa çıxıb