Azərbaycan Beyrutda baş verən partlayışın fəsadlarının aradan qaldırılması məqsədilə Livana maliyyə yardımı göstərəcək.
Bu barədə Prezident İlham Əliyevin livanlı həmkarı Mişel Auna ünvanladığı başsağlığı məktubunda qeyd olunub.
Avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox ölən, 4 mindən çox yaralanan var. İlkin məlumata görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.