“”Azərbaycan Kredit Bankı”n əmanətçilərinin kompensasiyası ödənməyəcək”

Amma bankın əmanətçilərə vəsaitlərini qaytarmaq üçün kifayət qədər vəsaiti var

Source:


Amma bankın əmanətçilərə vəsaitlərini qaytarmaq üçün kifayət qədər vəsaiti var

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Azərbaycan Kredit Bankı” ASC-nin lisenziyasının ləğv edilməsi ilə əlaqədar bankın əmanətçilərinə kompensasiya ödəməyə hazırlaşmır.

Bunu Trend-ə ADIF-in icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, “Azərbaycan Kredit Bankı”nın bağlanması sığorta hadisəsi deyil, bu, məcburi ləğv etmədir: “Buna görə də ADIF bankın əmanətçilərinə kompensasiya ödəməyəcək”.

A.Cavadov qeyd edib ki, əgər bank ləğv olunarsa və ya o, əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilmirsə, Fond əhalinin əmanətlərini kompensasiya edir.

Bununla belə, ADIF-ın icraçı direktoru qeyd edib ki, “Azərbaycan Kredit Bankı”nın əmanətçilərə vəsaitlərini qaytarmaq üçün kifayət qədər vəsaiti var: “Bu bankda əmanətlərin həcmi təqribən 3,4 milyon manatdır. Bu, o qədər də böyük məbləğ deyil ki, vəsaitlərin qaytarılması ilə bağlı problem olsun”.

O, diqqətə çatdırıb ki, bankda sığortalanmış əmanətlərin həcmi təqribən 1,4 milyon manat təşkil edir: “Fond yalnız bankın müflis olacağı təqdirdə həmin əmanətləri kompensasiya edə bilər”.

Azərbaycan Mərkəzi Bankı iyulun 16-da “Azərbaycan Kredit Bankı” ASC-nin lisenziyasını geri çağırıb.

Ana səhifəXəbərlər“”Azərbaycan Kredit Bankı”n əmanətçilərinin kompensasiyası ödənməyəcək”