Azərbaycan Korrupsiya Qavrama İndeksinə görə 126-cı sıradadır

175 ölkə arasında aparılan araşdırmada Azərbaycan 29 bal toplayıb

Source:

175 ölkə arasında aparılan araşdırmada Azərbaycan 29 bal toplayıb

“Transparency International” təşkilatının Azərbaycan milli bölməsi 2014-cü il üçün Korrupsiya Qavrama İndeksini (KQİ) açıqlayıb. Bu il indeksdə Azərbaycan 29 balla 175 ölkə arasında 126-cı sırada yer alıb. İndeks 100 bal (çox yaxşı) — 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir. Ötən il Azərbaycan 28 balla 177 ölkə arasında 127-ci sırada göstərilmişdi.

Təşkilatın yaydığı məlumatda bildirilir ki, indeksin hazırlanmasında ümumilikdə 12 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Azərbaycanla bağlı isə 6 mənbənin məlumatlarından istifadə olunur .

Ana səhifəXəbərlərAzərbaycan Korrupsiya Qavrama İndeksinə görə 126-cı sıradadır