“3 xəstə vəfat edib”
Martın 28-də Azərbaycanda 16 nəfər COVID-19 infeksiyasına yoluxub, 47 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Analiz nümunələri müsbət çıxan 3 xəstənin vəfat etdiyi bildirilib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 791 766 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 781 788 nəfər müalicə olunaraq sağalıb, 9684 pasiyent ölüb. Aktiv xəstə sayı 294 nəfərdir”.
Son sutkada 2 285, hazırkı dövrədək isə 6 687 581 testin aparıldığı göstərilib.