Azərbaycan KİV azadlığını ən çox pozan ölkələr siyahısına daxil edilib

“Dünya bilməlidir ki, beynəlxalq idman oyunlarının zəif demokratiyalı ölkələrdə keçirilməsindən çox vaxt hakimiyyətin nüfuzu üçün istifadə olunur”

Source:


“Dünya bilməlidir ki, beynəlxalq idman oyunlarının zəif demokratiyalı ölkələrdə keçirilməsindən çox vaxt hakimiyyətin nüfuzu üçün istifadə olunur”

Freedom House-un yeni prezidenti Mark Laqon beynəlxalq ictimaiyyəti 12-28 iyun Birinci Avropa Oyunları ərəfəsində Azərbaycanda mətbuat azadlığı üçün acınacaqlı mühitə diqqət yetirməyə çağırıb.

O, “Turan İA”-ın Vaşinqton müxbiri ilə söhbətində bildirib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiqdən  çox narahatdır.

“Biz Qərb hökumətlərinin enerji daşıyıcılarına çıxış əldə etmək istəkləri ilə əlaqədar və ya terrorizmə qarşı mübarizə və təhlükəsizliyin təmin edilməsi naminə Azərbaycanda vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin boğulmasına reaksiya verməməsindən çox narahatıq. Bu gün bu təzyiq əvvəlkindən daha çoxdur”, deyə o bildirib.

Freedom House-un bu həftə buraxılmış məruzəsində Azərbaycan KİV azadlığını ən çox pozan ölkələr siyahısına daxil edilib.

Dünya bilməlidir ki, beynəlxalq idman oyunlarının zəif demokratiyalı ölkələrdə keçirilməsindən çox vaxt hakimiyyətin nüfuzu üçün istifadə olunur, sadə vətəndaşlar üçün isə bunun heç bir faydası yoxdur, Laqon belə düşünür.

“İnsan hüquqları sahəsində vəziyyətin pis olduğu belə ölkələrin hökumətlərinin beynəlxalq tədbirlərdən ilk növbədə öz nüfuzu üçün fayda qazanmaq üçün istifadə etməyə çalışmasından narahatam… Bunun klassik nümunəsi Rusiyada Qış Olimpiya Oyunları və Pekində Yay Olimpiya Oyunlarıdır. Bu halda Azərbaycanı da bu siyahıya əlavə etmək olar”, deyə o bildirib.

Beynəlxalq təşkilat olan Freedom House dünyanın vətəndaş cəmiyyətini hökumətin mətbuat azadlığını və vətəndaş cəmiyyətinin işini kəskin şəkildə məhdudlaşdırdığı vəziyyətə göz yummamağa çağırır, deyə Laqon sonda bildirib.

Ana səhifəXəbərlərAzərbaycan KİV azadlığını ən çox pozan ölkələr siyahısına daxil edilib