”Azərbaycan keçmiş SSRİ respublikaları arasında Avropa İttifaqı üçün vizanı ləğv etməyən azsaylı ölkələrdəndir”

O deyib ki, yaxın günlərdə Azərbaycanda futbol çempionatının keçirilməsi ilə bağlı vəziyyətin monitorinqi haqda hesabat açıqlanmalıdır

Source: google.az

Bəxtiyar Hacıyev: ''Avropa İttifaqı vətəndaşlarının Azərbaycana gətirəcəkləri təhlükəsizlik riskləri digər ölkələrin risklərindən azdır''


Prezident İlham Əliye

v martın 11-də UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakıda keçirilməsi ilə bağlı ölkəyə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, təyin edilən sənədlərin birini təqdim etməklə, əcnəbi və vətəndaşlığı olmayan şəxs 2019-cu il mayın 15-dən iyunun 1-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər.

Viza verilməsi üçün AFFA-nın rəsmi dəvəti, UEFA-nın müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd, final oyununa bilet və ya biləetin əldə edilməsi üçün sənədlərdən biri əsas ola bilər.

Yarışın Avropa ölkələrinin futbol klubları arasında keçirildiyini nəzərə alsaq, demək olar ki, viza prosedurunun da sadələşdirilməsi əsasən Avropa İttifaqı vətəndaşlarına aiddir.

404974893.jpg
Avropa İttifaqı

Avropa İttifaqı vətəndaşları üçün vizanı ləğv edən keçmiş SSRİ respublikaları

Ümumiyyətlə isə, Azərbaycan keçmiş SSRİ respublikaları arasında Avropa İttifaqı vətəndaşları üçün vizasız rejim tətbiq etməyən nadir ölkələr arasındadır.

Bu günə qədər Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ermənistan, Gürcüstan, Belarus, Moldova, Ukrayna Avropa İttifaqı vətəndaşları üçün vizanı ləğv ediblər. Göründüyü kimi keçmiş SSRİ-nin cəmi dörd ölkəsi (Rusiya, Azərbaycan, Türkmənistan və Tacikistan) bu addımı atmayıb.

Aİ-nin Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələr arasında isə (Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Belarus, Moldova) Azərbaycan Aİ vətəndaşlarına viza tətbiq edən yeganə ölkədir.


Ümumilikdə Aİ

vətəndaşlarıdünyanın 90 ölkəsinə vizasız gedə bilirlər.


Azərbaycanın vizanı ləğv etdiyi ölkələr


Azərbaycan

a vizasız keçmiş SSRİ-nin 9 respublikasının (Belarus, Gürcüstan, Qazaxstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna və Özbəkistan) vətəndaşları gələ bilərlər. Bəhreyn, Çin, İndoneziya, İsrail, Yaponiya, Küveyt, Malayziya, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Sinqapur Cənubi Koreya, Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Azərbaycana vizanı ölkəyə gəldikdən sonra aeroportda ala bilərlər.

azerbaycan-in-ruya-ucagi-ataturk-havalimaninda-5299665.Jpeg
Hava limanı

Türkiyə vətəndaşları yalnız Heydər Əliyev beynəlxalq hava limanında 30 günlük, ABŞ vətəndaşları isə, yalnız AZAL şirkətinin Nyu York-Bakı reysindən istifadə etdikdə Bakı aeroportunda 30 günlük viza ala bilərlər.

İran vətəndaşları Naxçıvan Muxtar Respublikasına gəldikdə 15 günlük viza ala bilərlər.

2017-ci ilin yanvarında Azərbaycan Aİ ölkələri və daha 92 ölkə üçün elektron vizalar tətbiq edib. Vizalar ASAN VİSA sistemi ilə verilir.

Ermənistanla müharibə şəraiti səbəbindən, Azərbaycan hökuməti bu ölkənin vətəndaşlarına, o cümlədən erməni mənşəli istənilən ölkənin vətəndaşına Azərbaycana səfərləri qadağan edir. Beynəlxalq əhəmiyyətli tədbirlər zamanı bu qadağa istisna olaraq tətbiq edilmir.


Azərbaycan vətəndaşları üçün vizanı ləğv edən ölkələr


Azərbaycan vətəndaşları

isə ümumvətəndaş pasportu ilə dünyanın 58 ölkəsinə vizasız gedə bilərlər ki, bunlardan da 9-u keçmiş SSRİ respublikalarıdır.

406236227.jpg
XİN

Bunların arasında 15 Afrika, 7 Şimali və Mərkəzi Amerika, 3 Cənubi Amerika, 17 Asiya, 10 Avropa, 6 Okeaniya ölkəsi var.

Keçmiş SSRİ respublikaları arasında Azərbaycan vətəndaşları üçün viza Türkmənistan və Avropa İttifaqına daxil olan üç pribaltika ölkəsi – Latviya, Litva və Estoniyaya gedərkən tələb edilir.


“Avropa İttifaqı ölkələrinin vətəndaşlarına viza rejimi ləğv etməlidir”

Harvard məzunu, ictimai fəal Bəxtiyar Hacıyev hesab edir ki, Azərbaycan Avropa İttifaqı ölkələrinin vətəndaşlarına viza rejimini ləğv etməli, ən azından, hava limanında viza verməlidir:

“Avropa İttifaqı, Şenqen sonasına vizasız gediş-gəliş əldə edən ölkələrin hər biri ilkin olaraq, Şenqen sonası ölkələri üçün viza rejimini ləğv edib. Yəni, Azərbaycan vətəndaşlarının min əziyyətlə səfirlik qapılarında sürünməklərinin, rüsum ödəməklərinin, həyəcan və streslə “viza verəcəklərmi” tərəddüdü yaşamaması üçün bu addım atılmalıdır”.

O, hesab edir ki, Avropa İttifaqı üzv dövlətlərinin vətəndaşlarının Azərbaycana gətirəcəkləri miqrasiya və təhlükəsizlik riskləri tutaq ki, Malayziya, Səudiyyə Ərəbistanı, Rusiya, Belarus və s. ölkələrin risklərindən azdır.

“Ərəb ölkələrinə tətbiq edilən vizasız və ölkəyə gəldikdən sonra visa rejimi barlarda və küçələrdə ərəb kişilərlə Azərbaycan qadınlarının qiymət sövdələşməsi ilə nəticələnirsə, avropalı turistlərin ölkəyə gətirəcəkləri və ölkə haqqında Avropada paylaşacaqları tam fərqli olacaq. Ölkəyə ilk dəfə gələn avropalıların ölkəmizdə gördükləri onların gözləntilərini xeyli üstələyir. Avropalı turist öz ölkəsinə Azərbaycan haqqında adətən müsbət rəylə qayıdacaq”.

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

O deyib ki, “Formula-1”, Avropa Liqasının final oyunu üçün bilet alan Nigeriya, Əfqanıstan, Liviya, Banqladeş, Cibuti, Zimbabve vətəndaşı hava limanında viza ala bilər, amma ölkədəki hansısa konsertə, festivala, ya da sadəcə istirahətə gələn Avropa İttifaqı ölkəsi vətəndaşı mütləq viza müraciəti edib, gözləməlidir. B.Hacıyevin fikrincə, bu onlara qarşı ədalətsizlikdir.

“Nə qədər ASAN viza gözəl və yaxşı işləsə də, bəzən turistlər 3 gün gözləmək istəmirlər. Məsələn, sonuncu dəfə İstanbuldan Bakıya uçanda hava limanında iki ABŞ vətəndaşı ASAN vizalarında bir rəqəmi səhv yazmışdılar və buna görə təyyarəyə buraxılmırdılar. Adamlar yarım saat içində viza ala bilməyəcəklərini görüb, “bəlkə, Gürcüstana uçaq, ora vizasız uça bilirik” dedilər və bu mənə çox pis təsir etdi. Həmin reyslə Bakıya gələn və onlarla dialoqumu izləyən, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə danışanda ona da dedim ki, bu, səhv siyasətdir. Nə qədər belə turistlər son anda seçimlərini Azərbaycan yox, Gürcüstana edirlər və bundan Azərbaycan itirir. Həmin 2 itmiş turistin çevrəsindəki insanları da düşünsək, nə qədər insan artıq Azərbaycanı yox, Gürcüstanı tanıyacaq”.

B.Hacıyev sual edir ki, bir oyuna, “Formula-1” biletinə görə hava limanında viza verilə bilirsə, Avropa ölkələrinə vizasız rejim niyə tətbiq edilmir?

“Düzdür, ASAN və dövlət büdcəsi viza rüsumundan bir balaca pul itirəcək, amma turistlərin ölkədə xərclədikləri pulla ölkə qazanacaq”.


“Ermənistandan çox geri qalırıq”

Seçki üzrə ekspert Akif Qurbanov bildirib ki, rəsmi Bakı Avropa ölkələri ilə viza tələbinin aradan qaldırılması istiqamətində maraqlı olduğunu ifadə edir. Onun sözlərinə görə, amma Avropa İttifaqı qarşılıqlı viza məsələsinin sadələşməsi məsələsində Şərq Tərəfdaşlığı proqramı çərçivəsində danışıqlar prosesdinə şərtləri var. Şərtlər həm təhlükəsizlik, həm Dünya Ticarət Təşkilatına qoşulmaq, həm də demokratikləşmə ilə bağlıdır.

Akif Qurbanov təəssüflənir ki, Azərbaycan Gürcüstan, Ukrayna və Moldova ilə birgə Assosiativ Sazişə qoşulmadı, ikitərəfli münasibətləri davam etdirməyə qərar verdi:

“Amma bununla biz Ermənistandan çox geridə qalırıq. Təəssüflər ki, rəsmi Bakı bu yöndə daha çox iqtisadi proseslərin getməsində maraqlıdır. Ancaq Avropa İttifaqı parlamentinin təkidi ilə bu məsələdə demokratikləşmə, insan hüquqlarının qorunmasında xüsusi önəm verir. Mən Bakının viza məsələsində maraqlı olduğunu deməzdim, amma vizanın həlli üçün qarşılıqlı addımlar atılmalıdır, Azərbaycan isə addım atmaq istəmir”.

8BEFC551-567D-4FDC-8B06-2EE5C9A5BECF_w1080_h608.jpg
Akif Qurbanov

O deyib ki, yaxın günlərdə Azərbaycanda futbol çempionatının keçirilməsi ilə bağlı vəziyyətin monitorinqi haqda hesabat açıqlanmalıdır.

“Qiymətləndirici Missiya bu yaxınlarda Bakıya da gəlmişdi, mənimlə də görüşdülər. Görüşdə Azərbaycan məsələsinə baxdıqlarını və yaxınlarda qərar veriləcəyini dedilər. Yarış üçün problematik məsələlərdən biri insan hüquqlarının və vətəndaş cəmiyyətinin durumudur. Çünki Avropa Konvensiyasına 2016-cı ildə əlavə protokolla maddə daxil edilib, söhbət azadlıqlardan, insan hüquqlarının vəziyyətindən gedir. Yəni insan hüquqları qorunmayan ölkələrdə belə mötəbər yarışların keçirilməsi məqsədəuyğun sayılmır. Həmin bənd “İdman azadlıq, insan haqları müdafiəsi üçün” mənanı ifadə edir və Azərbaycanın namizədliyi bu çərçivədə qiymətləndirilir”.

O deyib ki, Bakı üçün insan hüquqlarının problem olması bir yana, viza məsələsinin özü də problemdir.

“Onlar azarkeşlərin yarışda iştirakı şəraitini də əsas götürürlər, buna mane olan şərtlərdən biri də vizanın problematik olmasıdır”.

Ana səhifəXəbərlər”Azərbaycan keçmiş SSRİ respublikaları arasında Avropa İttifaqı üçün vizanı ləğv etməyən azsaylı ölkələrdəndir”