Azərbaycan İspaniya Futbol Federasiyasının baş sponsoru ola bilər

Natiq Cəfərli: ”Bu məsələnin gündəmə gəlməsinin yeganə səbəbi neft qiymətlərinin artmasıdır”

Source:


Natiq Cəfərli: ”Bu məsələnin gündəmə gəlməsinin yeganə səbəbi neft qiymətlərinin artmasıdır”

İspaniya Futbol Federasiyasının (RFEF) ötən şənbə günü Azərbaycanla 50 milyon avroluq sponsorluq müqaviləsi təxirə salınıb.

İspaniyanın “AS” nəşrinin yazdığına

görə

, bu ölkənin furbol federasiyanın tarixində ən iri müqavilə olmalı idi.

Müqavilə beş il müddətinə nəzərdə tutulmuşdu.

Müqavilənin təxirə salınması İspaniya futbolunda hazırda baş verən qalmaqalla bağlıdır.

FİFA İspaniya hökumətinin federasiyanın işlərinə qarışdığına görə bu ölkənin yığmasını Rusiyada 2018-ci ildə keçiriləcək Dünya Çempionatına buraxmaya bilər. Məsələ ondadır ki, 1988-ci ildən RFEF prezidenti olan Anxel Mariya Vilyar 2017-ci ilin may ayında səkkizinci dəfə bu posta seçildikdən sonra korrupsiyada ittiham olunaraq həbs

edilib

.

Sonrada İspaniyanın İdman Şurası yeni seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış edib ki, bu da ali futbol orqanı olan FİFA-nın xoşuna gəlməyib və hökumətin yerli futbol federasiyanın işinə qarışmağının qəbuledilməz olduğunu bildirib.

“AS” nəşrinin yazdığına görə, RFEF-in marketinq üzrə direktoru Visente Kasado və idman direktoru Fernando Yerro müqavilə sənədləri ilə birlikdə Bakıya uçmağa bir neçə saat qalmış səfərlərini təxirə salmalı olublar.

İspan nəşrinin yazdığına görə, Bakı FİFA-nın İspaniya yığmasının Rusiyada Dünya Çempionatında iştirakının təsdiq etməsini istəyir və bundan sonra müqavilənin bağlana biləcəyini deyib.

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Azərbaycanın hər hansı bir şirkətinin öz gəlirləri hesabına xarici futbol klubu ilə müqavilə bağlamasını normal adlandırıb, çünki bununla şirkət və onun təmsil olunduğu ölkə tanınır.

Amma, onun fikrincə Azərbaycan hökumətinin İspaniya Kral Futbol Federasiyasının baş sponsoru olmaq qərarı ciddi divindentlər gətirməyəcək. O, bu məsələdə bir neçə il bundan əvvəl Madridin “Atletiko” klubu vasitəsilə Azərbaycanın reklamını nümunə gətirib.

“Atletiko” klubu ilə müqavilə dünyada unikal sayıla bilər. Bu müqavilə əsasında şirkət deyil, ölkə tanıtımı idi və bu, doğru yanaşma deyil. Ümumiyyətlə, dövlət büdcəsi hesabına ölkənin reklamının gerçəkləşməsi absurd idi. Bir çox Avropa ölkələrində sual yarandı və bəziləri Azərbaycan adında şirkətin olduğunu düşünürdü. Ölkənin özünü reklam etməsi dünyada nadir hadisə idi. Əgər hökumətin məqsədi turizm cəlb etmək idisə, bunun konsepsiyası olmadan, hər hansı hazırlıq edilmədən sırf piar aksiyalarla nail olmaq qeyri-mümkündür. Tarix də sübut etdi ki, Azərbaycanın tanıtım üçün xərclədiyi vəsaitlərin heç biri inzibati qaydada verilən qərarlar qədər effekt vermədi. Amma ASAN-Viza nəticəsində turist sayı artdı, bəzən reklamdan daha çox bu cür qərarlar daha məqsədəuyğundur”.

Natiq Cəfərli

N.Cəfərlinin fikrincə, bu məsələnin gündəmə gəlməsinin yeganə səbəbi neftin qiymətinin 65 dollara qalxması və nəticədə hökumətin piar addımlara həvəsinin yaranmasında görür.

“Neftin qiyməti aşağı olsaydı, hökumətin belə həvəsi olmazdı”.

Ana səhifəXəbərlərAzərbaycan İspaniya Futbol Federasiyasının baş sponsoru ola bilər