Astara-Rəşt dəmir yolunun tikintisi üçün Azərbaycan İrana kredit ayıracaq.
APA yazır ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, hal-hazırda kreditin verilişi barədə danışıqlar aparılır.
İran dəmir yollarının vitse-prezidenti Hüseyn Aşuri isə Astara çayı üzərində körpü tikintisinin artıq başa çatdığını, İran tərəfdə hal-hazırda işlərin getdiyini bildirib: “İran tərəfdə də işlər bu ilin sonu yekunlaşacaq”.