Dövlət Sərhəd Xidməti

Mənbə: arxiv

Başlıq: Dövlət Sərhəd Xidməti

Azərbaycan-İran sərhədini pozmaq istəyən şəxs öldürülüb

“Hadisə yerində silah bə narkotikə bənzər vasitə aşkar edilib”

Beyləqan rayonunun Aşağı Çəmənli kəndi yaxınlığında iyunun 29-da saat 23:50 radələrində 2 naməlum şəxs sərhədi pozmaq və İran İslam Respublikasından Azərbaycana keçmək istəyiblər.

Bu barədə Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda deyilir. Sərhəd pozucularının silahlı və üzərlərində 2 ədəd kisə olduqları qeyd edilib.

DSX bildirib ki, sərhədçilər xəbərdarlıq atəşi açsalar da, pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər:

“Sərhəd naryadı tərəfindən silah tətbiq olunmuş, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucusu ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri qaçıb”.

DSX əraziyə baxış zaman 1 ədəd lüləsi kəsilmiş tüfəngin, 2 ədəd kisədə təxmini çəkisi 33 kq olan narkotikə bənzər maddə aşkar edildiyini bildirib.

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vtgkck

Ən çox baxılan