Azərbaycan iqtisadi azadlıq indeksində 6 pillə geriləyib

“The Heritage Foundation”ın reytinq siyahısında Gürcüstan 178 ölkə arasında 23-cü, Ermənistan 54-cü, Azərbaycan isə 91-ci yerdədir

Source:


“The Heritage Foundation”ın reytinq siyahısında Gürcüstan 178 ölkə arasında 23-cü, Ermənistan 54-cü, Azərbaycan isə 91-ci yerdədir

ABŞ-ın “The Heritage Foundation” araşdırma mərkəzi “The Wall Street Journal” qəzeti ilə birlikdə dünya ölkələrinin 2016-cı ilə dair iqtisadi azadlıq göstəricilərini açıqlayıb. Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə 178 ölkə arasında 91-ci yerdə, orta azad ölkələr sırasında qərarlaşıb. Azərbaycan ötən illə müqayisədə 6 pillə geriləyib.

Cənubi Qafqaz ölkələri olan Gürcüstan (1 pillə geriləyib)Yaponiyadan sonra 23-cü, Ermənistan (iki pillə geriləyib) 54-cü yerdədir.

İlk beşliyi isə Hon Konq, Sinqapur, Yeni Zelandiya, İsveçrə və Avstraliya tutur.

İqtisadi azadlıq indeksi 1995-ci ildən etibarən hazırlanır. Nəticələr hökumətin iqtisadi sektora müdaxiləsi və istehsala maneə törətməsi, məhsulların və xidmətlərin bölgüsü və istehlak göstəricilərinə əsasən hesablanır.

Ana səhifəXəbərlərAzərbaycan iqtisadi azadlıq indeksində 6 pillə geriləyib