None

Mənbə: 

''Azərbaycan - İmkanları məhdudlaşdırılan müxalifət''

İyunun 22-də Berlində “Azərbaycan - İmkanları məhdudlaşdırılan müxalifət” adlı dinləmə keçirilib. Dinləmədə Azərbaycandakı son siyasi durum, azad mediaya və vətəndaş cəmiyyətinə qarşı basqılar müzakirə edilib.

Eyni zamanda Azərbaycanda siyasi məhbusların vəziyyətini əks etdirən, Oslo Rəssamlıq Akademiyasının tələbələrinin hazırladıqları portretlər sərgilənib.

"Henrich Böll" fondu və Norveç Helsinki Komitəsinin birgə təşkil etdiyi dinləmədə keçmiş siyasi məhbus Anar Məmmədli də çıxış edib. Azərbaycanda insan hüquqları ilə bağlı məhdudiyyətlərin durmadan artdığını deyən Məmmədli Meydan Tv-yə bildirib ki, bu tipli addımlar ataraq incəsənətin köməyi ilə siyasi məhbuslara diqqət ayırılır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/okwlki

Ən çox baxılan