”Azərbaycan hökuməti dini fəalları saxlamaqda davam edir”

Maykl Kozak: ”Din azadlığı yalnız insan hüquqları üçün yaxşı doktrina deyil, həm də əks-terrorçu fəaliyyət üçün yaxşı doktrinadır”

Source:


Maykl Kozak: ”Din azadlığı yalnız insan hüquqları üçün yaxşı doktrina deyil, həm də əks-terrorçu fəaliyyət üçün yaxşı doktrinadır”

ABŞ Maqnitski qanununa dünyada din azadlığının pozulmasına qarşı mübarizədə güclü siyasi vasitə kimi baxır.

”Turan”-ın ABŞ-dakı müxbiri məlumat

verib

.

Bu həftə ABŞ Konqresinin ikipartiyalı komissiyası administrasiyanı dini etiqad azadlığı pozucuları kimi tanınan ölkələrə qarşı sərt tədbirlər görməyə çağırıb.

Buna cavab olaraq Dövlət Departamentinin yüksək vəzifəli məmuru ATƏT regionunda din azadlığı pozucularına qarşı mübarizədə birgə səylərin əhəmiyyətini qeyd edib.

“Din azadlığı Amerikanın əsas prinsiplərindən biridir”, – Dövlət Departamentinin Demokratiya və İnsan Hüquqları Bürosundan səfir Maykl Kozak Konqresin Helsinki Komissiyasının brifinqində bildirib.

Ancaq bəzi ATƏT ölkələri din azadlığı və əqidə ilə bağlı öhdəliklərini yerinə yetirməmək üçün “təhlükəsizlik problemindən istifadə etməyə davam edirlər”.

Onun sözlərinə görə, Azərbaycanda hökumət dini fəalları saxlamaqda davam edir ki, hüquq-müdafiə təşkilatları da onları siyasi məhbus hesab edir.

“Hökumətin “qeyri-ənənəvi” hesab etdiyi dini qruplar çətinliklərlə üzləşir, onları eydiyyata almırlar, onların tərəfdarları isə sərbəst şəkildə dini ayinləri icra edə bilmirlər, çünku polis reydlərinə, cərimələrə, həbs və ya məhkəmə təqiblərinə məruz qalacaqlarından qorxurlar”, – o bildirib.

“Turan”-ın müxbirinin sualını cavablandıran Kozak ABŞ-ın Azərbaycandan olan dini məhbuslara az diqqət yetirməsi fikri ilə razılaşmayıb. “Biz bir siyasi məhbusun həbsini, digəri ilə müqayisədə prioritet hesab etmirik”, – o vurğulayıb və din azadlığının administrasiya üçün prioritet olduğunu qeyd edib.

Kozak öz çıxışında din azadlığının irəliləməsində effektiv sayılan siyasi alətləri göstərib:


– hökumət və vətəndaş cəmiyyəti arasında qarşılıqlı fəaliyyət;


– konkret məsələlərin müəyyən edilməsi üçün beynəlxalq mexanizmlər;


– konkret pozuculara viza verilməsindən imtina;


– məzlumlara dəstək.

“Din azadlığı yalnız insan hüquqları üçün yaxşı doktrina deyil, həm də əks-terrorçu fəaliyyət üçün yaxşı doktrinadır”, – o vurğulayıb.

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının sədri Daniel Mark hesab edir ki, bəzi keçmiş SSRİ ölkələri – Tacikistan, Türkmənistan və Özbəkistan hazırda Dövlət Departamenti tərəfindən “xüsusilə narahatlıq doğuran ölkələr” kimi qəbul edilir ki, bu ölkələrdə “hökumətlər din azadlığının ciddi pozulmasına yol verirlər”.

Eyni səbəbdən Rusiya, Azərbaycan, Qazaxıstan və Türkiyənin də din azadlığı ilə bağlı pozuntulara görə “qeyri-sağlam” ölkələr siyahısına salınması tövsiyə edilib.

Ana səhifəXəbərlər”Azərbaycan hökuməti dini fəalları saxlamaqda davam edir”