”Azərbaycan hökuməti dini fəalları fiziki təqibə və həbsə məruz qoyur”

Dövlət Departamenti: ”Ənənəvi dini qruplar sosial tolerantlıq olduğunu bildiriblər”

Source:
ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti


Dövlət Departamenti: ”Ənənəvi dini qruplar sosial tolerantlıq olduğunu bildiriblər”

Çərşənbə günü

ABŞ Dövlət Departamentin

in demokratiya və insan hüquqları Bürosu 2017-ci il üçün dünyada dini etiqad azadlığı haqqında illik məruzəsini dərc edib.

Məruzənin Azərbaycana həsr olunmuş hissəsində deyilir ki, Konstitusiya dövlətin dindən ayrı olmasını və bütün dinlərin bərabərliyini nəzərdə tutur.

“Ölkə qanunları da vətəndaşların dini etiqadlarını ifadə etmək və ictimai asayişi və ya ictimai əhval-ruhiyyəni pozmadan, dini ayinlərini tətbiq etmək hüququnu müdafiə edir. Qanun hökumətin dini fəaliyyətə qarışmasını qadağan edir, amma hökumət və vətəndaşlar “dini ekstremizmə” və “radikalizmə” qarşı mübarizəyə görə məsuliyyət daşıyırlar”.

Məruzədə daha sonra deyilir ki, 2017-ci ilin iyununda qanuna qeydiyyatda olan dini qruplar tərəfindən dəvət edilmiş əcnəbilərin dini xidmətlər görməsinə imkan verən düzəliş edilib.

Hesabatda yazılıb ki, yerli hüquq müdafiə qrupları və digər şəxslər hökumətin dini fəalları fiziki təqibə, həbsə məruz qoyduğunu bildiriblər.

“İlin sonuna qədər həbs edilmiş dindarların ümumi sayının 80 nəfərə çatdığı bildirilir (2016-cı ildə 86 nəfər).Yanvarda və dekabrda məhkəmələr Müsəlman Birliyi Hərəkatının liderlərini və 2015-cu ildə Nardaranda polis əməliyyatları zamanı həbs edilmiş digər şəxsləri uzunmüddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edib. Bir çox fəallara qarşı ittihamlar, o cümlədən dini ədavət salma və terrorçuluq saxta ittiham kimi qiymətləndirilib”.

Məruzədə qeyd edilib ki, iyulda hakimiyyət ilahiyyatçını dini mərasim keçirdiyinə görə üç il müddətinə azadlıqdan məhrum edib.

“Onu İslamı xaricdə öyrəndiyinə görə belə bir hüququ olmamaqda ittiham ediblər. Hakimiyyət icazəsiz dini yığıncaqlar keçirdiklərinə görə çox sayda şəxsi saxlayıb, cərimə edib və xəbərdarlıq edib. Hökumət “qeyri-ənənəvi” hesab etdiyi dini azlıq qruplarının qeydiyyatından imtina edərək, onların hüquqlarını pozub. Hakimiyyət bu qruplardan bəzilərinin sərbəst fəaliyyət göstərməsinə icazə verib, amma bir çox qruplar öz dinlərinə etiqad edərkən çətinliklərlə üzləşdiklərini bildirib”.

Hesabatda yerli dini ekspertlərə istinadən bildiriblər ki, hökumət məscidləri təmir adı altında bağlamağa davam edir, amma faktiki səbəbin məscidin ekstremist fikirlərin təbliği yeri kimi xidmət etməsindən ibarət olub.

“Hökumət dini materialların idxalına, yayılmasına və satışına nəzarəti davam etdirib. Məhkəmələr qanunsuz dini materialların satışına və ya yayılmasına görə bir çox şəxsi cərimə edib. Hökumət dini dözümlülüyü və dini ekstremizmə qarşı mübarəzini təşviq etmək üçün bütün ölkədə təlim məşğələlərinə sponsorluq edib. Yerli dini ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri ənənəvi dini qruplar, o cümlədən yəhudilər, rus pravoslav və katoliklər üçün sosial tolerantlıq olduğunu bildiriblər. Amma çox vaxt qeyri-ənənəvi qruplara şübhəli qruplar kimi baxılıb”, deyə hesabatda bildirilir.

Ana səhifəXəbərlər”Azərbaycan hökuməti dini fəalları fiziki təqibə və həbsə məruz qoyur”