Azərbaycan hökuməti Abxaziyada keçirilmiş seçkiləri tanımır

Xarici İşlər Nazirliyi bəyanat yayıb

Source:


Xarici İşlər Nazirliyi bəyanat yayıb

Azərbaycan XİN Abxaziyada keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Azərbaycan Respublikası Abxaziyanın müstəqilliyini və nəticə etibarilə, 12 mart 2017-ci ildə Abxaziyada keçirilmiş qondarma parlament seçkilərinin nəticələrini tanımır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi inanır ki, Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışıqların davam etdirilməsi zəruridir”.

Gürcüstanın regionunda – tanınmamış Abxaziya Respublikasında dünən, martın 12-də parlament seçkiləri keçirilib.

Abxaziya Cənubi Osetiya kimi, 2008-ci ildə Rusiyanın müdaxiləsindən sonra Gürcüstandan ayrıldığını, müstəqil olduğunu elan edib. Rusiya onların hər ikisinin müstəqilliyini tanıyıb, ərazilərində hərbi bazalar yerləşdirib. Qərb ölkələri və ABŞ Cənubi Osetiyanı da, Abxaziyanı da Gürcüstan ərazisi hesab edir. Bu regionlarda keçirilən seçkilərin nəticələrini tanımır.

Ana səhifəXəbərlərAzərbaycan hökuməti Abxaziyada keçirilmiş seçkiləri tanımır