Məlumatı Müdafiə Nazirliyi yayıb
Azərbaycan ordusunun kiçik çavuşu Namizəd Bayramovun Mingəçevir su anbarında boğulduğu deyilir.
Hadisənin iyulun 13-də baş verdiyi bildirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, kiçik çavuş Namizəd Bayramov xidmət yerindən kənarda, Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq vəfat edib.
Hərbçinin yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.