“Azərbaycan hakimiyyətini Səid Nuriyə tam açıqlama verməyə çağırırıq”

Dövlət Departamentinin mətbuat katibi Ceyn Psaki “onunla daim əlaqə saxlayırıq, bütün mümkün konsul yardımını göstəririk” dedi

Source:


Dövlət Departamentinin mətbuat katibi Ceyn Psaki “onunla daim əlaqə saxlayırıq, bütün mümkün konsul yardımını göstəririk” dedi

Dövlət Departamenti və ABŞ səfirliyi Amerika vətəndaşı Səid Nurinin işi üzrə Azərbaycan hakimiyyəti ilə əlaqə saxlayır.

Dövlət Departamentinin mətbuat katibi Ceyn Psaki bazar ertəsi Vaşinqtonda brifinq zamanı Azərbaycan hakimiyyətinin S.Nurini ölkədən buraxmaqdan imtina etməsi ilə bağlı ABŞ hakimiyyətin hansı tədbirləri görməsi barədə sualın cavabında bildirib.

“Biz Azərbaycan hakimiyyətini Səid Nuriyə tam açıqlama verməyə çağırırıq və vəziyyəti diqqətlə izləyirik. Biz onunla daim əlaqə saxlayırıq, bütün mümkün konsul yardımını göstəririk”, – deyə Psaki vurğulayıb.

Ana səhifəXəbərlər“Azərbaycan hakimiyyətini Səid Nuriyə tam açıqlama verməyə çağırırıq”