Azərbaycan hakimiyyətindən rüşvət almaqda ittiham edilən italiyalı deputatın məhkəməsi başlayır

Təhlükəsizlik məqsədilə o, İtaliya hüquq-mühafizə orqanları tərəfindən gücləndirilmiş mühafizə ilə təmin edilib

Source: google.az


Luko Volonte ''kürü diplomatiyası'' qalmaqalının əsas fiqurantlarındandır

Milanın Ədalət Sarayında iyunun 3-də yerli vaxtla saat 9-da Avropa Şurasının Hüquq məsələləri və insan hüquqları üzrə parlament komitəsinin keçmiş sədri Luka Volontenin işi üzrə məhkəmə prosesi başlayıb.

“Turan” agentliyinin məlumatına görə, o, Azərbaycan hakimiyyətindən digər AŞPA deputatlarını ələ almaq üçün böyük məbləğdə rüşvət almaqda ittiham olunur.

“Məlumatlı mənbələrdən daxil olan məlumata görə, məhkəmə prosesində ittiham tərəfindən ekspert kimi Azərbaycanın Aİ-dəki nümayəndəliyinin keçmiş rəhbəri, Avropa Şurasında daimi nümayəndə Arif Məmmədov iştirak edir. Təhlükəsizlik məqsədilə o, İtaliya hüquq-mühafizə orqanları tərəfindən gücləndirilmiş mühafizə ilə təmin edilib. Ümumilikdə məhkəmənin, xüsusən Volontenin özünün ətrafında misli görünməmiş təhlükəsizlik tədbirləri görülüb”, – agentlik yazıb.

İtaliyalı deputat

Luka Volonte

beynəlxalq “kürü diplomatiyası” qalmaqalının – beynəlxalq “Avropa sabitlik təşəbbüsü” QHT-nin araşdırmasının fiqurantıdır.

O, Azərbaycandan 2,3 mln. avro almaqda, bu məbləği 2013-cü ilin yanvarında Azərbaycanda siyasi məhbuslar haqqında məruzənin qəbul edilməməsi məqsədilə bir sıra AŞPA deputatlarının cəlb edilməsinə yönəltməkdə ittiham olunur.

2016-cı ildə Milan Prokurorluğu Volonteyə qarşı ittiham irəli sürərək, araşdırmaya başlayıb.

Ana səhifəXəbərlərAzərbaycan hakimiyyətindən rüşvət almaqda ittiham edilən italiyalı deputatın məhkəməsi başlayır